Qabon Respublikasının vitse-prezidenti Azərbaycana səfərə gəlib

Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə