Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Qardaş Azərbaycanı qədim torpağı - Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”, - paylaşımda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə