“Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir“ - ŞƏRH EDİLDİ
“Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Şuşa azaddır, Şuşanın azadlığa qovuşması tarixin şərəfli səhifəsidir. Çünki, illər idi ki, xalqımız bayrağımızı Şuşada dalğalandırmağı arzulayırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, dövlət başçısının uğurlu siyasəti arzumuzu həyata keçirtdi: ”Azərbaycan gücləndi, ordumuz müasirləşdi, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyyə olundu, ölkədə möhkəm milli birlik və həmrəylik yaratdı və 44 günlük vətıən müharibəsi ilə Şuşamızda zəfərimiz elan oldu. Müzəffər ordumuzun döyüşərək getdiyi yolsuzluqlarda indi Zəfər yolu və başqa yollar inşa olunmuşdur. Şuşaya səfər edənlər indi rahat şəkildə gedib-gələ bilirlər.
Şuşa yenidən qurulub, bərpa olunur. Zəfər çaldığımız 4 ildə dövlət başçımız Şuşaya 28 dəfədən çox səfər etmişdir. Dövlət başçımızın hər bir səfəri Şuşaya yeni ruh verir. Bu gün Şuşalılar öz doğma yurdlarına qayıdırlar. Şuşalılar hər il böyük sevinclə şəhər gününü qeyd edəcəklər. Əslində Şuşada hər gün şəhər günüdür. Çünki, bu dövrdə Şuşa beynəlxalq tədbirlərin, dost ölkələrin dövlət rəhbərlərinin və siyasətçilərin ziyarət məkanına çevrilmişdir. Şuşa mədəniyyət mərkəzimizdir. Təkcə azərbaycanlıların yox, islam dünyasının, türk dünyasının və MDB dövlətlər birliyinin mədəniyyət mərkəzidir. Şuşada musiqi sədaları ucalır, mədəniyyət nümunələri nümayiş olunur. Əslində Şuşanın hər bir daşına mədəniyyət həkk olunmuşdur. Şuşa xüsusi bir şəhərdir. Bu şəhər xalqımız üçün hər zamn əzizdir. Şuşada keçirilən ilk "Xarıbülbül" festivalı müharibə meydanında zəfər qazandıran milli birlik və həmrəyliyin musiqi səhnəsində nümayişi idi. Bu bizim böyük xalq və yüksək tolerantlıq xüsusiyyətlərimizə malik olmağımızın göstəricisi idi. Şuşa bu gün öz əzəməti ilə bütün dünyaya səs salmışdır. Bəli, bu gün Şuşamız azaddır və xoşbəxtdir. Zəfərimiz mübarək!”.
Bütün xəbərlər Facebook səhifəmizdə