“TDT çərçivəsində keçirilən görüşlər ictimai rəydə böyük maraq doğurur” - ŞƏRH OLUNDU
“Vətən müharibəsindən sonra Türk Dövlətləri Təşkilatı inkişaf edib, inteqrasiya prosesləri sürətlənib. Əlamətdar haldır ki, türk dövlətlərinin yaxınlaşması, birləşməsi Naxçıvanda keçirilən görüşdən və imzalanan sazişdən başlanmışdır. Artıq həmin dövrdən on beş il ötür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi və burada Qarabağ bəyannaməsi imzalandı: “Hansı ki, bu bəyannamə kifayət qədər önəmli sənəddir. Çünki burada türk dövlətləri öz siyasi, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik məsələlərini ortaq düşünürlər. Həmçinin xarici təhdidlərə qarşı birgə fəaliyyət göstərilir. Bu da çox vacibdir. Belə ki, dünya dəyişir, yeni-yeni təhdidlər, çağırışlar formalaşır. Buna görə də türk dövlətlərinin ortaq fikirlərinin olması, ortaq iqtisadi fəaliyyətin tənzimlənməsi, siyasi birlik, xalqların yaxınlığının təşkil edilməsi ən önəmli məsələlərdir.
Cənab Prezident İlham Əliyev də öz siyasi görüşlərində hər zaman türk dünyasını öndə, prioritet hesab edir.
TDT çərçivəsində keçirilən görüşlər ictimai rəydə də böyük maraq doğurur və gözləntilər böyükdür. Buna görə qarşıda duran hədəflərə də addım-addım nail olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə