Bu gün Azərbaycanın ilk sərhədçi generalının doğum günüdür - FOTOLAR

Bu gün Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun doğum günüdür. Yaşasaydı 103 yaşı olacaqdı Mustafa müəllimin. Amma Mustafa Nəsirov kimi insanlar ölməzdir desək yanılmarıq. O, yaşayır! Cismən olmasa da ruhən onu tanıyanlrın qəlbindədir. SİA xəbər verir ki, Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Çətin günlərdən keçib yolları. Gəncliyi müharibə illərinə təsadüf edib. 1942-ci ildə hərbi xidmətə çağrılıb. O, hər zaman savadı, çevikliyi, tapşırılan işlərin öhdəsindən layiqincə gəlmək qabiliyyətinə malik olub. 21 yaşında Mustafa Nəsirov Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilib. 1948-ci ilin oktyabr ayından SSRİ DTN-nin Hərbi İnstitutunun müdavimi olub. İnstitutu fərqlənmə diplomu ilə bitirib.

O, xidməti boyu hər zaman uğurlara imza atıb. Hər kəsin rəgbətini qazanıb.Bir neçə nəsl Azərbaycan sərhədçilərinin yetişməsində mühüm rol oynayıb.

Mustafa Nəsirov hər zaman fəxrlə qeyd edirdi ki, Milli Lider Heydər Əliyev onun karyerasının inkişafında mühüm rol oynayıb. Həyatım boyu əldə etdiyim uğurlara görə Azərbycan xalqının dahi oğlu Heydər Əliyevə borcluyam. Generel Nəsirov belə deyirdi.

Məhs 1968-ci ildə Heydər Əliyevin təşəbbüsüilə Bakıda SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olur.

Onun hərbi bioqrafiyasının böyük hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Polkovnik Mustafa Nəsirova general-mayor rütbəsi verilməsi münasibətilə onu ilk təbrik edən Heydər Əliyev olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, Mustafa müəllim keçmiş SSRİ-də poqonlarında general ulduzu olan ilk azərbaycanlı sərhədçi idi. Mustafa Cəfər oğlu bütün yuxarıda göstərilən vəzifələrdə sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı-zabit kimi tarixə düşüb.

Xidməti dövründə general Mustafa Nəsirov bir çox mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib.

Ehtiyata buraxıldıqdan sonra bir neçə il Azərbaycan Respublikası Müharibə və Əmək Veteranları Şurasının sədri vəzifəsində çalışmış Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan milli təhlükəsizlik nazirinin sərhəd məsələləri üzrə böyük müşaviri olur.

Mustafa Cəfər oğlu Nəsirov Azərbaycanda milli kadrların hazırlanmasında mühüm xidmətləri var. Bu gün Azərbaycanın neçə-neçə zabiti generalın yolunu uğurla davam etdirir.

Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general-mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.

Ruhud şad olsun cənab general!

Bütün xəbərlər Facebook səhifəmizdə