Sahibə Qafarova TBMM-in sədrinə başsağlığı verib

Ankarada törədilmiş terror aktı ilə əlaqədar

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

SİA xəbər verir ki, S.Qafarova TBMM sədrinə ünvanladığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını və terror aktını şiddətlə qınadığını bildirib.

Parlamentin sədri həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə