Bələdiyyələrin gəlir və xərcləri dərc olunacaq

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq. SİA xəbər verir ki, bu barədə məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihədə öz əksini tapıb.

Layihəyə görə, bələdiyyə büdcəsinin xərcləri həmin infotmasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edililəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə