Azərbaycan və Qırğızıstan müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ilə görüş keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud qarşılıqlı əlaqələri və bu istiqamətdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, sentyabr ayında Bakıda keçirilmiş "ADEX-2024" Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB