Milli Müdafiə Universitetində "Çin dili" kursunun açılış mərasimi keçirilib - FOTOLAR - VİDEO

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao, hərbi attaşesi Van Ley və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər iki ölkə arasında əlaqələrin hər keçən gün möhkəmlənməsindən, Çin dilinin hərbi sahədə əlaqələrin inkişafına verəcəyi töhfələrdən bəhs edib, kurs iştirakçılarına uğurlar diləyiblər.

Mərasimin bədii hissəsində qonaqlara Çin milli rəqsi və "Çay sənəti" tamaşası təqdim edilib. Bədii kompozisiyalar mərasim iştirakçılarının marağına səbəb olub.

Milli Müdafiə Universitetində keçirilən "Çin dili" kursu cari ilin dekabr ayının 30-dək davam edəcək

https://youtu.be/F3U64vnLz8M

Bütün xəbərlər Facebook səhifəmizdə