"Amerikanın siyasəti inamı itirir" - Səməd Seyidov

"Biz bu məktubu yazaraq çox vacib məqama - ABŞ-la münasibətlərə yenidən baxmaq məsələsini gündəmə gətirmişik". SİA xəbər verir ki, bu sözləri deputat Səməd Seyidov deyib.

Onun sözlərinə görə, bu dəfə tamamilə ciddi iş baş verib: "Amerika COP29-la bağlı öz müsbət münasibətini vermişdi. İndi bunu alt-üst etmək istəyir. Amerikanın siyasəti inamı itirir. Azərbaycan Prezidentinin siyasəti ona görə uğurludur ki, onun sözü inam verir. Biz Amerika ilə öz münasibətlərimizi ciddi təhlil etməliyik. Biz dərk etməliyik ki, onlar dostluğun içində başqa niyyətləri icra etmək istəyirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə