"Tarixən körpüləri yandıranlar məğlub olublar" - Musa Qasımlı

"Amerikanın bu iddiası istifadəyə yararsız kağız parçasıdır". SİA xəbər verir ki, bu sözləri deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın qazandığı qələbə, dövlət suverenliyimizi bərpa etmək BMT nizamnaməsinin tələblərinə əməl etmək idi: "Vaşinqton bizi bunun üçün təbrik etməli idi. Cinayət törətmiş şəxslərin himayə edilməsi terroru dəstəkləmək deyilmi? Antiazərbaycan mövqeyi tutan Amerika siyasətçilərinin hərəkəti aydındır. Daxildəki bəzi siyasətçilərin onları dəstəkləməsi nə deməkdir? Amerika buna son verməlidir. Ölkəmizə bərabərhüquqlu münasibət istəyirik. Tarixən körpüləri yandıranlar məğlub olublar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə