Prezidentin Cəbrayıl şəhərindəki çıxışı dünyaya çağırış idi – ŞƏRH EDİLDİ

Prezidentin Cəbrayıl şəhərindəki çıxışı dünyaya çağırış idi – ŞƏRH EDİLDİ

“II Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilən ərazilərdə sakinlər qarşısında çıxışları, verilən bəyanatlar dünya mətbuatının diqqət mərkəzindədir. Düşmən tapdağından azad edilən ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, şəhər, qəsəbə və kəndlərimz bərpa edilir, tam yeni infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prossesi də sürətlə davam edir. Onlar üçün yeni fərdi və çoxmənzilli yayayış evləri, sosial obyektlər inşa edilir. Burada məskunlaşan insanların məşğulluq məsələlərinin həlli istiqamətində addımlar atılır, yeni-yeni iş yerləri yaradılır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə növbəti səfəri oktyabrın 3-4-də Cəbrayıl Şəhər Günü ərəfəsində baş tutub: “Prezident Cəbrayıl və Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma və istifadəyə verilmə mərasinlərində iştirak edib. Belə ki, öz məhsuldarlığı ilə yadda qalan bu səfər çərçivəsində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bölgənin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyan tədbirlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”.

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə