İsrail mediası: "Hizbullah" lideri öldürülüb! - TƏCİLİ

Xəbər verildiyi kimi, dünən axşam saatlarında İsrail Beyrutda Hizbullahın qərargahına zərbələr endirib. Nəticədə 14 nəfər öldüyü, 100-lərlə yaralının olduğu bildirlir. İsrail mediası isə iddia edir ki, hava zərbələri zamanı "Hizbullah" lideri Həsən Nəsrullah da öldürülənlər arasındadır.

"İsrailin qiymətləndirməsinə görə, terror qruplaşması "Hizbullah"ın rəhbəri Həsən Nəsrullah Beyrutdakı yeraltı qərargahına qarşı hava zərbəsi nəticəsində öldürülüb." Bu barədə "Times of İsrael" məlumat yayıb.

Bundan başqa, İsrailin dövlət televiziyası olan "Kan TV" əvvəlcə ekranda H.Nəsrullahın "xəsarət aldığına" inanıldığını bildirən başlıqdan istifadə edib, lakin qısa fasilədən sonra onun öldüyünə dair İsrailin dəyərləndirməsi olduğu ilə bağlı məlumatlar yayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə