Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub
Sentyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən stendlərlə tanış olub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.
Dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlərin iştirak etdiyi sərgidə təqdim edilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı müdafiə nazirinə ətraflı məlumat verilib.
Sərgi çərçivəsində, həmçinin general-polkovnik Z.Həsənov Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.
Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB