VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib. SİA-nın xəbərinə görə, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( birinci müavin və iki müavin) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə