“Dövlət suverenliyi bizim şanımızdır” - ŞƏRH OLUNDU

“Cəmiyyət Prezidentin Dövlət Suverenliyi Günü təsis etməsi ilə bağlı sərəncamı böyük razılıqla qarşıladı. Düz bir il bundan əvvəl sentyabrın 19-da başlanan anti-terror əməliyyatı Azərbaycan ərazisində hələ də qalmaqda olan terrorçu tör töküntülərin ölkəmizdən qovulmasına, ərazi bütövlüyümüzün təmin edilməsinə gətirib çıxardı. Ötən il sentyabrın 20-də Azərbaycan xalqı bütün ərazisi boyunca suverenliyinin bərpa edilməsinin şahidi oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, qəhrəman əsgərlərimiz Ali Baş Komandanın rəhbərliyi ilə 23 saat ərzində hələ də ərazimizin bir hissəsində qalan separatçı qüvvələri darmadağın etdi, Azərbaycan bayrağını Xankəndində və onların nəzarəti altında olan digər ərazilərdə ucaltdı: “Bu tarixi bir hadisə idi, sabah Azərbaycan bu günü xüsusi bir təntənə ilə qeyd edəcək. Azərbaycanın bayramları sırasına yeni bir bayram əlavə edildi. Dövlət Suverenliyi Günü hər il Azərbaycanda şərəfli tarixi bir daha təntənə ilə qeyd edəcək. Dövlət suverenliyi bizim şanımızdır, 200 ildən sonra suverenliyimizin tam bərpasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə