Cahit Bağcı Şəhidlər Xiyabanını və Türkiyə Şəhidliyi abidəsini ziyarət edib - YENİLƏNİB - FOTOLAR

Bu gün Türkiyə və Azərbaycan şəhidliklərində Nuri Paşanın komandanlığı altında Qafqaz İslam ordusunun Bakıya gəlişinin və Bakının Bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü münasibətilə anım mərasimi keçirilib. SİA xəbər verir ki, anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyə və Azərbaycan rəsmi nümayəndələri, media nümayəndələri iştirak ediblər.

Nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyublar. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himni səsləndirildikdən sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış edib. Cahit Bağcı çıxışında Atatürkün məşhur "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" şüarını səsləndirib.

Sonda Azərbaycan və Türkiyə hərbi marşlarının sədaları altında xatirə şəkli çəkdirilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə