Keniya Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir

Keniya ölkədə su təchizatı, sanitariya və kənd təsərrüfatı infrastrukturunun inkişafı üçün Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıdır. SİA xəbər verir ki, bu barədə Keniyanın Su təchizatı, Sanitariya və Suvarma Nazirliyinin “X” sosial şəbəkəsində hesabında paylaşım edilib.

Məlumata görə, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev nazirliyin rəsmiləri ilə görüş keçirib, görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.

“Biz Keniyada su təchizatı, sanitariya və kənd təsərrüfatı infrastrukturunun inkişafı üçün Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıyıq”, - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə