"Prezident çalışır ki, görülən işlər dünya standartlarına uyğun olsun" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident çalışır ki, görülən işlər dünya standartlarına uyğun olsun" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Prezident İlham Əliyev və xanımı səfər zamanı aparılan işlərlə tanış olublar: "Ümumiyyətlə, Şərqi Zəngəzurda, hər yerdə yaradıcılıq, quruculuq işləri gedir. Kəlbəcərdə də bu işlər davam etdirilir. Kəlbəcər şəhəri İstisu qəsəbəsi və 127 kənddən ibarətdir. 2020-ci ilin 25 noyabrında Kəlbəcər erməni işğalçılarından azad edilib. Ondan sonra da hər yerdə olduğu kimi Kəlbəcərdə də yaradıcılıq, quruculuq işlərinə başlandı. Bu mənada Kəlbəcərdə böyük işlər gedir. Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış oldular. Eyni zamanda ikinci yaşayış kompleksinin təməlini qoydular. Həm də Kəlbəcər təhsil kompleksi ilə tanış oldular və yeni model tipli məktəbin tikintisini gördülər".

"Bu səfərdə İstisu qəsəbəsinin təməli də qoyuldu. Bundan əlavə dünyaca məşhur "İstisu" mineral su zavodunun açılışı oldu. Prezident İlham Əliyev "İstisu" Müalicə-İstirahət kompleksi və aparılan işlərlə tanış oldu. Bundan əlavə "İstisu" yarımstansiyasının açılışında iştirak etdilər. Prezident və xanımı Toğana-Kəlbəcər-İstisu avtomobil yolunda inşa olunan dördüncü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə də tanış edildi. Sonda isə Prezident və xanımı Kəlbəcər rayonunda yerləşən Xudavəng Monastr kompleksində də oldular.

Prezident və Birinci xanımın Kəlbəcər səfəri çox uğurlu, məhsuldar oldu. Eyni zamanda onu da deyim ki, orada aparılan işlərə Prezidentin xüsusi nəzarəti var. Prezident çalışır ki, görülən işlər yüksək keyfiyyətdə və dünya standartlarına uyğun olsun. Hesab edirəm ki, həmin "İstisu" Müalicə-İstirahət kompleksinə gələcəkdə dünyanın bir çox ölkələrindən müalicəyə gələcəklər. Ona görə də yüksək səviyyədə tikilir, inşa olunur. Gələcəkdə hər bir azərbaycanlı, dünyanın müxtəlif ölkələrindən insanlar Kəlbəcərə müalicəyə gələcəklər. Kəlbəcər Azərbaycanın cənnət guşələrindən biridir və burada Azərbaycan Prezidentinin xüsusi diqqət və qayğısı var" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə