3 sentyabr - Müstəqil Azərbaycanın quruluş tarixi – ŞƏRH EDİLDİ

3 sentyabr - Müstəqil Azərbaycanın quruluş tarixi – ŞƏRH EDİLDİ

“Azərbaycan xalqının Ümummilli Lideri, tarixi şəxsiyyət Heydər Əliyev yaddaşında hər zaman yaşayacaq. Onun siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi və Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu. Heydər Əliyev ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbirlərə başladı, onun rəhbərliyi ilə Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə Naxçıvanın müdafiə potensialı gücləndirildi və bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu”. Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında birləşməyə səsləməsi də xüsusi əhəmiyyətə malikdir: “Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə ziyalılar, sadə insanlar “Səs” qəzeti vasitəsilə Naxçıvan Muxtar Respublikasına üz tutaraq Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvanda təsis konfransını keçirdi, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Qısa bir müddətdə - Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi. Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə