"Belarusiyadan 14 müşahidəçi ilə iştirak etmişik" - SERGEY XOMENKO

"Belarusiyadan 14 müşahidəçi ilə iştirak etmişik" - SERGEY XOMENKO

"Belarusiyadan 14 müşahidəçi ilə iştirak etmişik". SİA xəbər verir ki, bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.

Onun sözlərinə görə, Qarabağ ərazilərində müharibədən sonra bərpa işləri aparılıb: "Müşahidələrimiz zamanı el dili ilə desək, həmin regionların sakinləri üçün bayram idi. Seçki çox təhlükəsiz, nümunəvi keçirildi. Belarus-Azərbaycan parlamentləri arasında həmişə çox sıx əlaqələr olub".

Sonda o, yeni parlament münasibətilə Azərbaycan xalqını təbrik edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə