“Exit-poll” Yeni Azərbaycan Partiyasının qələbə qazandığını göstərdi
Sosioloji Tədqiqatlar Mərkəzi ümumilikdə 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində “exit-poll” keçirib. Nəticələr göstərir ki, Yeni Azərbaycan Partiyası (YAP) inamlı qələbə qazanıb.
SİA xəbər verir ki, bu fikri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva səsləndirib. O bildirib ki, YAP-ın namizədləri “exit-poll” keçirilən 45 dairədə, yəni 60 faizində ən çox səs toplayıblar.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Seçkilərdə 990 deputatlığa namizəd mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB