Əsgəranda səsvermə prosesndə iştirak edən seçicilər tam şəffaf şəraitdə səs veriblər. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə 118 saylı Ağdam-Xocalı seçki dairəsinin Əsgəranda yerləşən 71 saylı seçki məntəqəsinin sədri Əliniyaz Nəcəfov deyib.
Onun sözlərinə görə, məntəqədə qeydiyyatda olan 347 seçicinin 75 faizindən çoxu artıq səsvermədə iştirak edib. “Seçicilər səsvermə prosesində tam şəffaf şəraitdə səs verirlər. Bu saata qədər məntəqədə hər hansı nöqsan qeydə alınmayıb”, - məntəqə sədri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB