Naxçıvanda məhkumların sərbəst səs vermələri üçün şərait yaradılıb - FOTOLAR

Naxçıvanda məhkumların sərbəst səs vermələri üçün şərait yaradılıb - FOTOLAR

Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində parlament seçkiləri üçün Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 65 saylı seçki məntəqəsi, Ali Məclisə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı seçki məntəqəsi təşkil edilib.

Cəzaçəkən şəxslərə sərbəst şəkildə səsvermələri üçün şərait yaradılıb.

Qeyd edək ki, seçkilərdə bu il 1 nəfər məhkumun 18 yaşı yeni tamam olduğundan ilk dəfə səsvermədə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə