Azərbaycanda seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verirlər - Qırğızıstanlı müşahidəçi
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində qanunla nəzərdə tutulmuş bütün qaydalara yüksək səviyyədə riayət olunur. SİA“Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Azərbaycanda parlament seçkilərini müşahidə edən Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Anar Dubanbayeva deyib.
"Azərbaycana gələndən artıq 5 seçki məntəqəsində müşahidələr aparmışıq. Bu seçki məntəqələrində ancaq yüksək təşkilatçılıq gördük. Seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Biz bu seçkilərdə yüksək təşkilatçılığı müşahidə etdik", - A. Dubanbayeva vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB