Səsvermə prosesinin təşkilindən məmnunuq - Gürcüstan Parlamentinin Seçki Müşahidə Missiyası

Səsvermə prosesinin təşkilindən məmnunuq - Gürcüstan Parlamentinin Seçki Müşahidə Missiyası

Gürcüstan Parlamentinin Seçki Müşahidə Missiyasının üzvləri paytaxtdakı 26 saylı Sabunçu Birinci Seçki Dairəsinin 20, 21, 29, 30, 35, 36 və 37 saylı məntəqələrində səsvermə prosesini müşahidə edib. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə missiyadan məlumat verilib.

Bildirilib ki, Gürcüstan Parlamentinin deputatı İrakli Kadagişvilin rəhbərlik etdiyi nümayəndə heyəti səsvermə prosesinin təşkilindən məmnunluğunu ifadə ediblər.

Eyni zamanda müşahidə aparılan məntəqələrdə hər hansı qanun pozuntusunun qeydə alınmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə