Ümumi vəziyyət qənaətbəxşdir - Məntəqə sədri

Ümumi vəziyyət qənaətbəxşdir - Məntəqə sədri

"Ümumi vəziyyət qənaətbəxşdir". SİA xəbər verir ki, bu sözləri 23 saylı Nəsimi- Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsinin sədri Hacı Babayev deyib.

Onun sözlərinə görə, bu məntəqə digərlərindən fərqlənir: "Çünki burada dənizçilər, tələbələr və sakinlər səs verirlər. Siyahıda 1045 nəfər adam var. Hazırda 30 nəfər səs verib. Amma fəallıq olacaq".

Hacı Babayev sözlərinə belə davam edib: "Məlumdur ki, hazırda məntəqədə ATƏT-in qısamüddətli müşahidə missiyasının Xüsusi Koordinatoru və rəhbəri Michael Creed (İrlandiya), ATƏT Parlament Assambleyasında İrlandiya Nümayəndəliyinin rəhbəri və Baş Komitənin sədri Lucie Potůčková (Çexiya) Demokratiya, İnsan Haqları və Humanitar Problemlər ATƏT PA-nın müşahidəçiləri buradadır. Onlarla da söhbət edirik. Düşünürəm ki, onların bizim parlament seçkiləri ilə bağlı müşahidələri müsbət olacaq.

Biz hamının səsverməsini təmin etmək üçün əlimizdən gələni edirik. Mən 30 ildir burdayam. Bizdə Prezident seçkiləri də çox yüksək səviyyədə keçdi. Cənab İlham Əliyev 44 gün ərzində işğal altında olan torpaqları azad etdi. İndi də Qarabağda 42 min əhali səs verir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə