Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb - FOTO
Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb. SİA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasında və bütün seçki məntəqələrində dövlət himninin səslənməsi ilə seçki prosesinə start verilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, ölkə üzrə ümumi seçicilərin sayı 6 milyon 421 min 960 nəfərdir: “Milli Məclisə seçkilər 6478 seçki məntəqəsində keçirilir. Ümumilikdə səsvermənin gedişi 112 mindən çox yerli və 600-ə yaxın xarici müşahidəçi tərəfindən izlənəcək”.
Qeyd edək ki, bu ilki parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində keçirilir.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB