"Parlament seçkilərinin Azərbaycan üçün xeyirli olmasını arzu edirəm" - TÜRK POLİTOLOQ AÇIQLADI

"Parlament seçkilərinin Azərbaycan üçün xeyirli olmasını arzu edirəm" - TÜRK POLİTOLOQ AÇIQLADI

"Azərbaycan Respublikası 1 sentyabr tarixli parlament seçkiləri ilə Milli Məclisə hərəkətlilik qatıb dünya siyasətinə istiqamət verəcək". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: "Azərbaycanda noyabr ayında keçiriləcək COP 29-a görə parlament seçkiləri əvvələ çəkilmişdi. Ölkədə parlament seçkilərinin noyabrda keçiriləcəyi gözlənilirdi. Amma cənab İlham Əliyevin imzaladığı sərəncamla növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Bununla belə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) bu il noyabrın 11-22-də Azərbaycanda keçiriləcək. Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Buqadov seçkilərin COP29 ilə üst-üstə düşdüyünə diqqət çəkərək, “Biz parlamentin buraxılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini məqsədəuyğun hesab edirik” deyib. Prezident İlham Əliyevin tapşırığı üzərinə seçkilərin əvvələ çəkilməsini dəyərləndirən Azərbaycan Konstitusiya Məhkəməsi isə açıqladığı qərarında erkən parlament seçkilərinin konstitusiyaya uyğun olduğunu bildirmişdi.

Cənab İlham Əliyev 1990-cı illərdən ermənilərin əsarəti altında olan Qarabağda ötən ilki qələbəsi ilə dünyaya səs saldı. 2023-cü il sentyabrın 19-da Azərbaycan qüvvələrinin bir günlük hücumu nəticəsində Qarabağdakı separatçı administrasiya təslim olmaq məcburiyyətində qalıb və Qarabağ Azərbaycanın nəzarətinə keçib. Beynəlxalq səviyyədə tanınmayan “Dağlıq Qarabağ Respublikası” da öz varlığına son qoydu və bu bölgədə yaşayan 100 minə yaxın erməni Ermənistana qaçdı.

Mən hesab edirəm ki, qardaş ölkəmiz öz yoluna güclü addımlarla davam edəcək. Demokratik bir şəraitdə keçirilən parlament seçkiləri bir çox ölkələrə gözdağı verəcək. Parlament seçkilərinin Azərbaycan üçün xeyirli olmasını arzu edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə