“Azərbaycanın səbri tükənməz deyil“ - ŞƏRH OLUNDU

“Azərbaycanın səbri tükənməz deyil“ - ŞƏRH OLUNDU

“Düşünürəm ki, Ermənistanı sülhə gətirən Azərbaycan tərəfidir, Ermənistanla Azərbaycan arasında ikitərəfli qaydada aparılan danışıqlarda bir çox məsələlər razılaşdırılıb, hesab edirəm ki, 4 ilə yaxın gedən danışıqlar imkan verir ki, sülh əldə olunsun”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, rəsmi İrəvan Azərbaycanın sülh mesajlarını, qarşıdan gələn COP29 tədbirini bir fürsət kimi dəyərləndirməli, bu istiqamətdə addım atmalıdır: “Erməni tərəfdə də yaxşı anlayırlar ki, prosesin bu qədər uzanması müharibə ehtimalını da artırır, Azərbaycanın da səbri tükənməz deyil.

Bu yaxınlarda Azərbaycana səfər etmiş Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə bölgədəki vəziyyəti və Ermənistanla-Azərbaycan arasında tənzimlənmə prosesini müzakirə etməsi sülh prosesinə təkan verə bilər. İndiki məqamda həm regional güclər, həm tərəflər sülh istiqamətində yaxınlaşa bilər. Şübhəsiz ki, əgər Ermənistan kommunikasiyaların açılmasında real addımlar açacaqsa, digər qüvvələrin bölgəyə cəlb olunması isə bu kommunikasiyaların yenidən bloklanmasına səbəb olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə