Beynəlxalq müşahidəçilər 23 saylı Nəsimi-Səbail DSK-də görüş keçiriblər - FOTO
“23 saylı Nəsimi-Səbail Seçki Dairəsi 38 seçki məntəqəsindən ibarətdir ki, bu seçki məntəqələrindən 34-ü Nəsimi rayonunda, 4-ü isə Səbail rayonunda fəaliyyət göstərir”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının (DSK) sədri Ağabala Quliyev deyib.
DSK sədri bildirib ki, məntəqə sədrləri və üzvləri üçün keçirilən treninqlər başa çatıb: “Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq Məntəqə Seçki Komissiyasının sədr, katib və üzvləri terninqlərdə iştirak ediblər”.
Ağabala Quliyev qeyd edib ki, bu günə kimi DSK-ya müraciət edən 14 nəfərdən 10 nəfərin namizədliyi qeydə alınıb. Həmçinin, beynəlxalq müşahidəçilərlə DSK-da görüş olub.
“Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Seçki dairəsinin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, veb-kameralar quraşdırılıb, elektrik generatorları işlək vəziyyətdədir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 49 min 166 seçici qeydə alınıb. İlk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərin sayı isə 246 nəfərdir”, - deyə DSK sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB