Özbəkistan bizim üçün dost, qardaş dövlətdir - ŞƏRH EDİLDİ

Özbəkistan bizim üçün dost, qardaş dövlətdir - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyevin Özbəkistana səfəri çox mühüm əhəmiyyət kəsb edir. Həm də, Özbəkistan bizim üçün dost, qardaş dövlətdir, artıq Azərbaycanla Özbəkistan arasında olan münasibətləri müttəfiqlik əlaqələri olan dövlətlər adlandırmaq mümkündür. Çünki müttəfiqlik haqqında müqavilə imzalanıb”. Bu sözləri açıqlamasında VI çağırış Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 2021-ci ildə Azərbaycan Türkiyə və 2021-ci ilin fevralında Rusiya ilə müttəfiqlik bəyannamələri imzalayıb: “Özbəkistanla imzalanan sənəd həm hüquqi qüvvəsinə görə üstün hesab olunur, həm də tərəflər arasında strateji münasibətin hazırki səviyyəsini göstərir. Türk Dövlətləri Təşkilatı çərçivəsində də bizim əməkdaşlığımız inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələrin çox yaxşı perspektivləri var. Ümumilikdə ölkə rəhbərinin Özbəkistana səfəri çox uğurludur. Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə baş tutan səfəri bu əlaqələrin, birliyin, həmrəyliyin təsəssümüdür. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Belə ki, ötən ilin bu günlərində ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə olarkən səsləndirdiyi fikirləri ilə birliyimizi, həmrəyliyimizi dünyaya təqdim etdi. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, xanımı Ziroatxon Mirziyoyevanın Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərində o da qeyd edildi ki, bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə