“Respondentlərin 73 faizi YAP üzvlərinə səs verəcəklərinə bildirib” - George Birnbaum

“Respondentlərin 73 faizi YAP üzvlərinə səs verəcəklərinə bildirib” - George Birnbaum

“ABŞ-ın nüfuzlu "Oracle Advisory Group" təşkilatı 2013, 2018 və 2024-cü illərdə Prezident seçkilərində, 2015 və 2020-ci illərdə Parlament seçkilərində, 2016-cı ildə keçirilən Referendumda sosioloji sorğular və exit-poll keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib. Sorğu yerli respondentlər arasında cari ilin 29 iyul - 9 avqust tarixləri arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı "Oracle Advisory Group" şirkətinin nümayəndəsi George Birnbaum deyib.

O bildirib ki, sorğuda verilən bəzi suallar və onların cavablarını faizlə təqdim edəcək: “Azərbaycanda insan hüquqları qorunurmu ?” sualı ilə respondentlərin 97 faizi razılaşıb, 2 faiz razılaşmayıb, 1 faiz isə “əmin deyiləm” cavabını verib.

2013-cü ildən bəri seçki öncəsi sorğuda hər zaman indi qeyd edəcəyimiz sualı veririk və hər zaman yüksək cavab alırıq. Belə ki, “Azərbaycan elə bölgədə yerləşir ki, bura qeyri-sabit ərazidir. Lakin Azərbaycan sabitliyin adasıdır” fikri ilə respondentlərin 95 faizi razılışıb, 3 faiz razılaşmayıb, 1 faiz isə “əmin deyiləm” cavabını verib.

“Seçkidə hansı partiyaya səs verəcəksiniz ?” sualına isə respondentlərin 73 faizi Yeni Azərbaycan Partiyası, 6 faiz Müsavat partiyası, 4 faiz Real partiyasına cavabını verib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə