“Mehriban Əliyeva bütün dünyaya xeyirxahlığın zirvə nümunəsini sərgiləyir” - ŞƏRH OLUNDU
“Avqustun 26-ı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Təqdirəlayiq haldır ki, bu gün Mehriban xanımın nəcib fəaliyyəti dövlət rəhbəri İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi məqsədyönlü siyasətlə həmagəndir. Prezidentimiz və xanımı Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də bütün dünyada aparıcı mövqeyə sahib olması, dünya birliyində layiqli yer tutması, inkişaf etmiş dövlətə çevrilmək üçün yorulmadan çalışırlar. Bu gün mədəniyyət, milli-mənəvi dəyərlərimizin qorunması, ümumbəşəri dəyərlərə sadiq qalmaq, təhsil və elmin inkişafı istiqamətində Mehriban xanım Əliyevanın göstərdiyi xidmətlər, gördüyü dəyərli işlər xalqımız üçün müstəsna əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
O bildirib ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq dövlətçilik tariximizdə misilsiz işlər görmüş Ulu Öndər Heydər Əliyevin irsinin qorunması və təbliği kimi ali bir missiyanı öz üzərinə götürüb: “Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi irsinin qorunması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi Azərbaycan xalqının milli şüurunun və yetişməkdə olan gənc nəslin dövlətçilik ənənələrinə sədaqət, Azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunmasında ən vacib şərtlərdən biridir.
Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr humanist, insanpərvər dəyərlərə, milli-mənəvi ideallara sadiq gənc nəslin formalaşdırılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətləndirilib. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, həmçinin mədəniyyətlərarası dialoqun genişləndirilməsində UNESCO xüsusi yer tutur. Ölkəmizin UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq da hazırda çox yüksək səviyyədədir. Mehriban xanım Əliyeva 2022-ci ilə qədər UNESCO-nun xoşməramlı səfiri idi. Bu gün ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının məkanına çevrilib. Azərbaycanın birinci xanımı bu sahədəki uğurlu fəaliyyəti ilə də göz önündədir.
Mehriban xanım Əliyeva həm də Azərbaycan Mədəniyyət Fonduna da rəhbərlik edir. Görülən işlər Azərbaycan mədəniyyətinin dünya səviyyəsində təbliğində mühüm rol oynayır və Mehriban xanımın əvəzsiz rolu özünü göstərir. Mehriban xanım Əliyeva bütün dünyaya xeyirxahlığın zirvə nümunəsini sərgiləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB