“SWG SPA işçi heyəti Azərbaycanda keçirilən seçki prosesini yaxından izləyəcək” - FOTOLAR
“Hazırda Azərbaycanda seçki öncəsi keçirilən sorğu digər Avropa ölkələrində keçirilən eyni sorğu metadologiyası əsasında qurulub və bütün müvafiq mərhələlərdən keçib. Azərbaycanda keçirilən sorğuda suallar sosial, iqtisadi, siyasi və digər sahələri əhatə edib. Hazırki nəticələr ilə sentybarın 1-də keçiriləcək seçkinin “Exit-pol” nəticələri müqayisə olunacaq”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin nümayəndəsi Solene Le Moing deyib.
O bildirib ki, sorğu şəhər və rayonlar olmaqla bütün əraziləri əhatə edib: “SWG SPA işçi heyəti Azərbaycanda keçirilən seçki prosesini yaxından izləyəcəklər. Exit-pol və sorğular üzbəüz, əyani şəkildə həyata keçiriləcək. Qeyd edək ki, bu gün təqdim edilən nəticələr avqustun 2-i və 7-i keçirilən sorğuların nəticələridir. Belə ki, parlament seçkiləri ilə bağlı vəziyyətlə əlaqədar suallara respondentlərin 81 faizi seçki prosesinə maraq göstərdiyini, 21 faiz isə “çox maraqlı” olduğunu bildirib. Həmçinin 13 faiz seçki prosesinə “o qədər də maraq göstərmədiyini”, 5 faizi isə “maraq göstərmədiyini” bildirib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB