Rusiya ilə müharibə başlayandan bəri Ukrayna ilk dəfə müharibəni öz sərhədləri xaricinə çıxara bilib. 2022-ci ilin fevralında Rusiyanın hücumunu dəf edəndən sonra, ukraynalılar Rusiyanı yenidən təəccübləndirə bilib. Eyni zamanda onlar Kursk və ətrafını dəqiq zərbələrlə vuraraq ruh yüksəkliyi qazanırlar. Belə olan məqamda ortaya bəzi suallar çıxır. Ukraynanın Kursk əməliyyatı müharibənin gedişatını dəyişəcəkmi? Belə ki, keçən həftə Rusiya ərazisinə qəfil hücum edən Ukraynanın bu addımı əvvəlki cəhdlərdən çox daha uğurlu olub və dünya gündəminin diqqətini cəlb edib.
Qərb, Rusiyanın öz qonşusuna qarşı müharibədə qalib gələcəyini və bəlkə də yaxın aylarda Ukraynanı onun tələblərini qəbul etməyə məcbur edəcəyini gözləyirdi. Bu səbəbdən Qərb də son hadisələrdən Kreml qədər təəccüblənib. Rusiya lideri Vladimir Putin isə bazar günü olan çıxışında həyatında ilk dəfə hansısa ölkəni Rusiyanın sərhədlərini pozmaqda ittiham edib. Belə ki, Ukrayna qoşunları təxminən 245 kvadrat kilometr ərazini ələ keçirib və bu prosesdə minlərlə mülki vətəndaş təxliyə edilməyə məcbur qalıb.
Bu məqamda çoxları Ukraynanın təxminən bir həftədir davam edən əks-hücumuna “cavab olaraq sərt tədbirlər görəcəyinə” söz verən Putinin Ukraynaya qarşı genişmiqyaslı qisas hücumlarına başlayacağından ehtiyatlanır. Görünən odur ki, Kiyevin həlledici irəliləyişinin strateji uzaqgörənliklə heç bir əlaqəsi yoxdur. Bu addım daha çox müharibəni genişləndirəcək qığılcım kimi görülür.
Hər iki tərəfin itkiləri hətta 1999-cu ildə olan rus-çeçen müharibəsindən də dəhşətlidir. Onu da qeyd edək ki, kütləvi insan itkilərinı baxmayaraq nə Ukrayna, nə də Rusiya tam səfərbər olmayıb. Belə ki, hər iki tərəf də gənc nəsili müharibənin qızğın olduğu yerlərdən uzaq tutmaqla birgə onları hərbiyə cəlb etməməyə çalışır.
Digər tərəfdən bu həftə döyüş meydanındakı uğur prezident Zelenskiyə sülh danışıqları aparmaq üçün bəhanə verə bilər. Təsadüfi deyil ki, Ukrayna tərəfi son həftələr Rusiyanın Çin və Türkiyə kimi dostları ilə mümkün atəşkəs, hətta sülh şərtləri barədə müzakirələr aparır. Zelenski nəzərə alır ki, daha əvvəl Putinlə dialoq təklif edəndə az qala iğtişaşlarla üzləşmişdi. Belə ki, 2022-ci ildən bəri müharibədə həlak olanların yaxınları istənilən yaxınlaşmanı xəyanət olaraq qəbul edirdi. Lakin bəlkə də Kurskdaki uğurlardan sonra Ukraynanın müharibəni şərəfli və qalib olaraq dayandırması daha rahat qəbul edilə bilər.
İstisna deyil ki, davam edən münaqişənin iqtisadi təsirləri və dolayısıyla mümkün torpaq mübadiləsinin gündəmdə olub-olmayacağı da daxil olmaqla bir çox müzakirələr aparılmalıdır. Çünki həm Kreml, həm də Kiyev qənaətbəxş olmayan atəşkəsi belə özləri üçün faydalı görürlər. Qeyd etmək lazımdır ki, qısa perspektivdə hər hansısa sülh görünmür. Amma bu həftəki şok əks-hücum Putini düşünməyə vadar edə bilər. Belə ki, Qərbin Ukraynaya dəstəyi son aylarda canlansa da, Putinin qüvvələri kifayət qədər sürətlə irəliləyə bilmir. Onu da nəzərə almaq lazımdır ki, Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, Ukraynaya olan də dəstək dayana bilər. Lakin Tramp uduzsa, Putini ABŞ-ın başçılıq etdiyi və daha 4 il davam edəcək “proksi” müharibə gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB