Piter Mixalkonun Əli Kərimlini danlaması təsadüfi sayıla bilməz ANALİZ
Azərbaycanın əldə etdiyi iqtisadi, siyasi, hərbi, diplomatik uğurları bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin erməni xislətli rəhbərlərinin ciddi narahatlığına səbəb olub. Ağrı-acılarını ölkədaxili vəziyyəti gərginləşdirmək, Azərbaycanın beynəlxalq miqyasda imicinə xələl gətirməklə aradan qaldırmağa çalışırlar. Onlara bu məsələdə dərman rolunda sapı özümüzdən olan baltalar, o cümlədən AXCP sədri Əli Kərimli, Müsavat partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, Milli Şuranın rəhbəri Cəmil Həsənli və digərləri çıxış edirlər. Bu məxluqların tez-tez Azərbaycandakı beynəlxalq təşkilatların nümayəndələri və ya müxtəlif ölkələrin səfirləri ilə gizli görüşləri keçirilir. Lakin nə qədər görüşləri gizli təşkil etməyə çalışsalar da, sonda məsələ ictimaiyyətə bəlli olur. Avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə keçirilən görüşü də gizlətmək mümkün olmayıb. Yenə də görüş iştirakçıları ənənələrinə uyğun olaraq ölkəmiz haqqında hədyanlar səsləndirib, tənqidi xarakterli fikirlər ifadə ediblər. Yenə də əsas başçı rolunda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edib. Bu o Peter Mixalkodur ki, Azərbaycanda olduğu müddətdə işi, fəaliyyəti ancaq dağıdıcı müxalifətlə iş birliyinə getmək və onlara öz təlimatlarını çatdırmaq olub. Dəfələrlə onun AXCP sədri Əli Kərimli, Real partiyasının sədri İlqar Məmmədov, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı ilə gizli görüşləri və danışıqları olub. Növbəti görüş həftənin əvvəlində Avropa İttifaqının Bakıdakı ofisində keçirilib. Görüşdə Fransa və Niderlandın səfirləri xüsusi fəallıq göstərərək müxalifətin canlandırılması üçün tədbirləri gücləndirməyi tələb ediblər. Nə qədər anlaşılmaz olsa da, görüşdə ABŞ və Böyük Britaniyanın səfirləri də iştirak ediblər. Buna görə də görüş Aİ-Azərbaycan müxalifəti formatından kənar çıxıb. Həmçinin diqqəti cəlb edən məqamlardan biri də masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması da olub. Üstəlik, P.Mixalko çıxışında irəli sürülən tələblər sırasında müxalifətin seksual azlıqların hüquqlarının müdafiəsi istiqamətində addımlar atmalı olduğunu diqqətə çatdırıb.
Piter Mixalkonun və Cozef Borrellanın separatizmə dəstək vermələrinin gizli məqamları üzə çıxır
Görüşdə səfir Piter Mixalko dedi-qoduya daha çox üstünlük verib və dağıdıcı müxalifəti zəiflikdə, fəaliyyətsizlikdə qınayıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellenin dağıdıcı müxalifətdən narazı qaldığını açıq şəkildə ifadə edib. P.Mixalko bir qədər də dairəni geniş əhatə edərək bildirib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün dağıdıcı müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər. P.Mixalkonun ermənipərəst mövqeyi və fəaliyyəti ilə seçilən Cozef Borrellenin dağıdıcı müxalifətdən və onların trollarının fəaliyyətindən narazı qalması onu deməyə əsas verir ki, perspektivdə Əli Kərimlini, Cəmil Həsənlini, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbəri, Arif Hacılını, özünü qondarma "hüquq müdafiəçisi" kimi təqdim etməyə çalışan Rüfət Səfərovu, ABŞ-ın qaranlıq dairələrindən qidalanan "Toplum" TV -nin direktoru Xədicə İsmayılı və digərlərini ciddi maliyyə itkiləri gözləyir. Çünki P.Mixalkonun C.Borella adından xəbərdarlığı heç də təsadüfi sayıla bilməz. Təbii vəziyyət proqnozlaşdırıldığı kimi olsa, dağıdıcı müxalifətin qara günləri başlaya bilər. Ən azı xaricə çıxış imkanlarından, müəyyən məsələlərə dəstəkdən və qərəzli, qarayaxma xarakterli məlumatlarının xarici ölkələrin mətbuat səhifələrində işıq üzü görmələrindən məhrum ola bilərlər. Ona görə də, ehtimal etmək olar ki, dağıdıcı müxaliflər xəbərdarlıqdan nəticə çıxararaq yaxın vaxtlarda, xüsusilə də parlament seçkiləri günü və seçkidən sonra geniş iğtişaşlar törədə, polislə qarşıdurmalar yarada bilərlər. P.Mixalkonun görüşdə Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini nümunə olaraq göstərərək Əli Kərimlini, Cəmil Həsənlini və digərlərini hədələməsi təsadüfi sayıla bilməz. O bildirib ki, Azərbaycana və Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, görüşdə müqəssir kimi başlarını aşağı salıb susan dağıdıcı ünsürlər, sadəcə, vəziyyətdən çıxmaq üçün bildiriblər ki, ABŞ və Aİ-nin dəstəyi olmasa, müxalifət öz mövcudluğunu qoruyub saxlaya bilməz. Eyni zamanda, fasiləsiz maliyyə yardımının daxil olmasına baxmayaraq, ölkədə mövcud mühit siyasi fəallığa və real nəticələr göstərməyə imkan vermir. Qeyd olunub ki, müxalifətin, TV-lər də daxil olmaqla, mediaya çıxışı yoxdur, sosial media vasitəsilə ciddi nəticələr əldə etmək mümkün deyil, aksiyaların keçirilməsinə imkan verilmir və s. Üstəlik, Qərbin maliyyə dəstəyi də dayanarsa, bu, Azərbaycanda müxalifətin sonu demək olacaq.
Əli Kərimli və Cəmil Həsənli Mixalkonu necə razı sala bildilər?
Maraqlı məqam ondan ibarətdir ki, Əli Kərimlinin, Cəmil Həsənlinin ağlayıb, sızlamaları P.Mixalkonun daş qəlbini yumşalda bilib. O, maliyyələşmənin davam etdirilməsi üçün müxalifətin qarşısına qoyulan tələbləri səsləndirib. Bildirib ki, hazırkı seçki dövrünün açdığı imkanlardan istifadə edərək kütləvi tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə, müxalifət regionlardakı durumu düzgün qiymətləndirməli, şəhər və rayonlarda öz bazasını səfərbər etməli və paytaxt da daxil olmaqla, kütləvi aksiyaların təşkilinə və keçirilməsinə başlamalıdır. P.Mixalko zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür.
P.Mixalko gənclərin bu prosesə cəlb edilməsinin vacib olduğunu deyib, kiçik multimedia qruplarının yaradılmasını, onların ölkə üzrə bütün neqativ halları qeydə alması və paylaşmasını təklif edib. Əvvəlki illərin təcrübəsindən çıxış edərək Aİ ofisinin rəhbəri abidələrin, heykəllərin boya ilə rənglənməsinin, tələblərin əks etdirilməsinin də etiraz üslubu olduğunu xatırladıb.
Bildirilib ki, etirazların təşkil olunması üçün kifayət qədər səbəb və mövzu da var: uşaqpulu, qazilərin sosial durumu, bahalaşma, korrupsiya, Qarabağın bərpası prosesində vəsaitlərin sərfiyyatının şəffaf olmaması və s. P.Mixalkonun sözlərinə görə, indiki seçkilərdən sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu tədbir cəmiyyəti silkələmək, ayağa qaldırmaq üçün əlverişli şərait yaradır. Bütün bunları təşkil etmək üçün müxalifətin fəaliyyət proqramı olmalıdır və bu proqrama uyğun da tədbirlər həyata keçirilməlidir. Əsas vəzifə COP29-u mümkün qədər siyasiləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm tədbiri keçirən ölkədə mövcud problemlərə cəlb etməkdir.
C.Borrellanın utancverici əməli təbliğ edilir
Dəfələrlə sübuta yetirilib ki, C.Borrelli ermənipərəst dairələrdən sifarişlər alır və bu sifarişləri yüksək tribunalardan səsləndirir. Bu məxluq o məxluqdur ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbəyə qısqanclıqla yanaşmış və ermənilərin himayədarı kimi ölkəmizə qarşı şər və böhtanlar səsləndirmişdir. Hətta başından böyük iddialarla çıxış edərək bildirmişdir ki, əgər Azərbaycan Zəngəzur dəhlizinə ordu yeridərsə, Avropa İttifaqı buna dözməyəcək. C.Borrell Aİ missiyasının Ermənistana göndərilməsi, onun hərbləşdirilməsi və Qarabağ ermənilərinin müdafiəsi istiqamətində atılan addımların əsas təşəbbüskarı olub, Azərbaycan ərazilərini tərk edən ermənilərin sayını qəsdən şişirdərək 150 min nəfər kimi qeyd edib. Həm xarici, həm də Azərbaycan mediasında C.Borrellin tərcümeyi-halı, fəaliyyəti və hazırkı mövqeyinin səbəbləri ilə bağlı çoxsaylı materiallar verilib. Qeyd edilib ki, C.Borrell separatçı Kataloniyanın Pobla de Segur kəndində anadan olub və bu bölgənin bir gün azad ola biləcəyi arzusu ilə yaşayıb. O, 1974-cü ildə İspaniyanın Sosialist Fəhlə Partiyasına üzv olub və Kommunist İnternasionalının ideyalarını bölüşüb. 1986-cı ildə Barselona əyalətindən İspaniya parlamentinə seçilən Borrel 2004-cü ildə Avropa parlamentində kürsü əldə edib və "Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı"nın boz kardinalı hesab olunur. Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətində bu fraksiyanın və şəxsən Borrellin ciddi rolu var. Onun fəaliyyəti qalmaqalsız olmayıb: 1982-1987-ci illər arasında vergi bəyannamələrini təqdim olunmaması izahı ilə külli miqdarda gəlir əldə edən Borrell qadın "Flamenqo" ifaçısı Lola Floresə qarşı seksual təzyiq göstərib və bu, Madrid məhkəməsi tərəfindən təsdiqlənib. Məhz bu kimi faktlara istinad edən İngiltərənin tanınmış blogeri Mark C.Borrelli məişət pozğunu adlandırıb. İsrailin maliyyə naziri isə bildirib ki, C.Borrelli dünyada terroru dəstəkləyən və maliyyələşdirən əsa şəxslərdəndir. Nazir bu şəxsin həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılmasının vacibliyin bildirib.
C.Borrelli özü birbaşa Azərbaycana qarşı iddialarla çıxış etməkdən imtina edərək P.Mixalko kimi "peşka"ları irəli verib
O ki qaldı C.Borrellinin Azərbaycana qarşı zamanında səsləndirdiyi iddialı yanaşmalarına, bildirmək lazımdır ki, Azərbaycanın qarşısını heç bir qüvvə ala bilməz. İstənilən vaxtı, istənilən hədəfi sıradan çıxararaq məqsədinə nail ola bilər. Görünür, bunu baş düşdüyündən sonrakı mərhələ də C.Borrelli özü birbaşa Azərbaycana qarşı iddialarla çıxış etməkdən imtina edərək P.Mixalko kimi "peşka"ları irəli verib. P.Mixalkonun dağıdıcı müxaliflərlə görüşündə bu məsləyə xüsusi önəm verməsi C.Borrellaya dəyən şillənin ağır olduğunu göstərir. P.Mixalko bildirib ki, Aİ Xarici əlaqələr komitəsi hazırda Azərbaycanın Ermənistana təzyiqlərindən, Aİ-nin regiondakı siyasətinə və ələlxüsus da Ermənistandakı missiyasına kəskin münasibətindən, Qarabağ ermənilərinin geri dönməsi məsələsində mövqeyindən bərk narahatdır. O, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin sözlərini çatdıraraq deyib ki, müxalifət bu məsələlərdə xüsusi fəallıq göstərməli, hakimiyyətə maksimum təzyiq göstərməli, onun yumşalmasına və geri çəkilməsinə nail olmalıdır.
Bütün bu kimi görüşlər onu deməyə əsas verir ki, xarici işbazlar Azərbaycanın möhtəşəm qələbələrindən ciddi narahatlıq keçirir. Əli Kərimli, Cəmil Həsənli kimi trollardan istifadə etməklə parlaq zəfərlərə kölgə salmağa çalışırlar. Lakin onların xəyalları və arzuları puç olacağı şübhəsizdir. Çünki Azərbaycan güclü və qüdrətli dövlətdir, hər hansı bir yerli və xarici trol dəstəsi bu gücə zərər yetirmək imkanına malik deyil. Olsa-olsa hay-küyləri mənasız vızıltı ola bilər ki, bu vızıltını da milçəklər, ağcaqanadlar onsuz da hər zaman edirlər.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə