82 saylı İmişli-Saatlı seçki dairəsində 48 min 929 seçici səs verəcək

82 saylı İmişli-Saatlı seçki dairəsində 48 min 929 seçici səs verəcək

“İki rayonun inzibati ərazilərinin müəyyən hissəsini özündə birləşdirən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə 50 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrinin 36-sı İmişli, 14-ü isə Saatlı rayonunun ərazisində yerləşir”. SİA xəbər verir ki, bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 82 saylı İmişli-Saatlı Dairə Seçki Komissiyasının (DSK) sədri Barat Xəlilov deyib.

DSK sədri bildirib ki, 50 seçki məntəqəsi üzrə 48 min 929 seçici səsə verəcək. “Bu seçicilərin 39 min 377 nəfəri İmişli, 9 min 552 nəfəri isə Saatlı rayonu üzrə qeydiyyatdadır. Dairə üzrə 1 seçicimizin yaşı 100-dən yuxarıdır”, - deyən DSK sədri əlavə edib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunub. Bu treninqlər mərhələlər üzrə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə