Ermənistanın özbaşınalığı və saymamazlığı nə ilə bitə bilər? - MÖVQE BİLDİRİLDİ

"Ermənistanın hal-hazırkı durumdakı davranışları bölgə üçün heç də yaxşı hansısa bir mənzərə yaratmır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bəyan edib ki, Ermənistan qərbdə, xüsusilə də Amerika və Fransadan verilən təlimatlar əsasında həm sülh danışıqlarından yayınır, prosesi ləngitməyə çalışır, həm də Ermənistan üzərində Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatları, Fransanın bölgəyə yerləşməsinə şərait yaradır. Amerika Birləşmiş Ştatları artıq özünün hərbiçilərini və müəyyən sayda hərbi texnika və ləvazimatlarını da Ermənistana daşıyır və yerləşməyə başlayıb.

Deputat əlavə edib ki, bu olanlar bölgədə narahatlığı artıran və gərginliyin güclənməsinə xidmət edən addımlardır, eyni zamanda revanşist qüvvələri də ciddi şəkildə tətikləyən və stimul verən bir addımdır: "Bu baxımdan Ermənistanın baxışları bu cür davam edəcəksə və bölgədə gərginlik qalacaqsa, sülh müqaviləsi imzalanmayacaqsa və Ermənistan sürətlə silahlanaraq Azərbaycana təhdid yaradıb revanş həvəsinə düşəcəksə, təbii ki bu Ermənistan üçün olduqca ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycan bütün hallarda öz təhlükəsizliyini qorumaq üçün ona təhdid yaradan istənilən bir təhlükəni dəf etməyə qadirdir və bunu edəcək".

Müəllif: Günay Pənahova

Bütün xəbərlər Facebook səhifəmizdə