Ukraynanın kəşfiyyat xidməti dünən Rusiyanın casus şəbəkəsini ortaya çıxarıb və əməliyyatlarda iştirak edən 9 nəfərin həbs edildiyini açıqlayıb. Rusiya kəşfiyyatının Ukraynanın altı bölgəsində Telegram saytı vasitəsilə agentlər işə götürdüyü də müəyyən edilib. Bu şəxslərin kritik infrastruktur və hərbi hədəflər barədə məlumat ötürəcəkləri bildirilir.
Kəşfiyyat xidməti bu casuslara qarşı hər hansı tədbir görməzdən əvvəl bir müddət onları izləyib. Həbs edilənlər arasında Odessa vilayətinin Dnepr və Yujin bələdəiyyələrinin iki məmuru da var. Belə ki, bu şəxslər Kremlyönlü söhbət platformalarında “şərhçi” kimi aktiv olduqları üçün işə götürülüblər.
Bu hadisə, siyasi və hərbi cəhətdən analiz edilməsi lazım olan bir neçə vacib məqamını gündəmə gətirir. Bu cür əməliyyatlar Rusiyanın hərbi hədəfləri effektiv şəkildə müəyyən etmək və onlara qarşı mübarizə aparmaq üçün Ukraynanın içərisində təşkil etdiyi kəşfiyyat əməliyyatlarından sadəcə biridir. Ukraynanın son zamanlar bu əməliyyatların üstünü açması, onun kiber təhlükəsizlik yönündə inkişafını nümayiş etdirir. Ümumilikdə isə casusluq fəaliyyəti müharibənin hər iki tərəfi üçün kritik məlumat axını təmin edir.
Casusların tutulması xəbəri həm Ukrayna daxilində, həm də beynəlxalq ictimai rəydə əhəmiyyətli təsirlər göstərir. Bu cür kiçik uğurlar Ukraynanın döyüş effektivliyini və Rusiyanın xarici kəşfiyyat orqanlarının zəifliklərini üzə çıxara bilər. Bundan əlavə, bu tipli xəbərlər Ukraynanın beynəlxalq dəstək axtarışını rahatladır. Çünki ölkə Rusiya kimi supergüclərə qarşı durmaq qabiliyyətini sübut edir. Casusluq fəaliyyətinin ortaya çıxması Rusiyanın strateji zəifliklərinə işarə edir. Rusiyanın hərbi əməliyyatlarını davam etdirmək üçün kəşfiyyat məlumatları almaq ehtiyacı onun müharibədə üzləşdiyi çətinlikləri və ola bilsin ki, hərbi əməliyyatlarının effektivliyini artırmaq səylərini əks etdirir.
Bu tipli qarşılıqlı kəşfiyyat hücumları beynəlxalq ictimaiyyətin reaksiyalarına da təsir edir. Xüsusilə Qərb ölkələri və beynəlxalq təşkilatlar Ukraynanın kəşfiyyat və təhlükəsizlik sistemini dəstəkləyərək onu Rusiyaya qarşı mübarizəyə daha yaxşı hazırlaya bilərlər. Bu vəziyyət beynəlxalq münasibətlərdə Ukraynanın xeyrinə təsir edə bilər. Nəticədə Ukraynanın casusları ələ keçirməsi təkcə kəşfiyyat uğuru deyil, həm də beynəlxalq siyasi və təhlükəsizlik dinamikasına əhəmiyyətli təsir göstərən hadisədir. Bu cür hadisələr müharibənin gedişatını və onun minvalında beynəlxalq münasibətləri formalaşdıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB