"Ermənistan gah Qərbə, gah da Rusiyaya meyl edir" - ŞƏRH EDİLDİ

"Ermənistan gah Qərbə, gah da Rusiyaya meyl edir" - ŞƏRH EDİLDİ

"Ermənistan müstəqil xarici siyasət yürüdə bilmir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, Ermənistan gah Qərbə, gah da Rusiyaya meyl edir: "Qərbdə Rusiya əleyhinə, Rusiyada isə Qərb əleyhinə siyasət yürütməyə çalışır. Eyni zamanda iki stulda oturmaq istəyir. Müstəqil xarici siyasət yürüdə bilməməsi Ermənistan üçün ağır fəsadlar törədə bilər.

Rusiyadan Qərbin təsiri ilə uzaqlaşmaq istəyən Ermənistan öz ərazisində Rusiya hərbi bazasını saxlayır, bu ölkə ilə geniş ticarət-iqtisadi əlaqələri var və hətta sanksiya tətbiq olunmuş Rusiya ilə bir sıra işləri həyata keçirir. Paralel olaraq Qərbi Cənubi Qafqaza gətirməyə çalışır. Burada məqsəd Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və Qərbin köməyi ilə regionda öz istəyinə çatmaqdır. Bütün bunların hamısı təhlükəli oyunlardır, Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər".

Müəllif: Günay Pənahova

Bütün xəbərlər Facebook səhifəmizdə