"Real addımlar atılacağı təqdirdə biz hansısa bir nəticəni görə bilərik" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Proseslərin təhlili onu göstərir ki, hələ ki bir müddət bu qarşıdurma davam edəcək və biz hələ uzun müddət munasibətlərdə kəskinləşməni hiss edəcəyik və görəcəyik". Bu fikirləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov İran-İsrail arasındakı münaqişəyə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, ona görə yaxın vaxta münaqişənin bitəcəyini söyləmək qeyri-mümkündür, çünki proseslərin təhlili onu göstərir ki, hələki bu mümkün bir məsələ deyil: "Ümumiyyətlə, biz dünyaya baxdıqda dünyamızda çox ağır və mürəkkəb proseslərin getdiyini görürük və dünya dövlətlərinin əksəriyyəti bu gün ciddi təhlükələrlə və təhdidlərlə üz-üzədir. Bu gün bu prosesdən xilas olmaq üçün atılan addımlar, göstərilən səylər olduqca yetərli deyil. Yəni bu məsələnin mahiyyəti ondadır ki, dövlətlər arasında mövcud problemlər həll olunmalıdır. Hələ ki, bu problemlər həll olunmadığına görə, yaxın vaxtda da həll olunması üçün ciddi addımların atılmasına ehtiyac olduğu üçün, biz yaxın vaxtda nəyinsə dəyişəcəyini gözləyə bilmirik.
Bunun üçün dövlətlər özləri çalışmalıdırlar, ciddi səylər göstərməlidirlər, ciddi addımlar atmalıdırlar və ondan sonra biz münaqişədə hansısa bir dəyişiklik görə bilərik. Xüsusilə də, son hadisədən sonra söhbət Həmas liderinin qətlindən sonra biz proseslərin hələ uzun müddət gərgin olacağını görürük. Çünki son hadisə onsuz da gərgin olan münasibətləri bir az da gərginləşdirdi və bugün növbəti günlərdə də biz gərginliyin davam edəcəyini görəcəyik. Çünki onu da qeyd etməliyik ki, hələ ki, bu istiqamətdə bir dəyişikliyin baş vermə ehtimalı olduqca azdır. Biz gələcəkdə də münaqişənin bir müddət davam edəcəyini istisna etmirik. Ona görə bu gün bu mənada, bu anlamda münaqişə bir müddət davam edəcək. Əlbəttə, münaqişənin davam etməsi və baş verməsi yaxşı hal deyil, ölkəmiz üçün də, region dövlətlər üçün də yaxşı heç nə vəd etmir. Biz arzulayırıq ki, ən qısa vaxtda münaqişə bitsin və onun mənfi təsirləri bizim üçün azalsın. Çünki olduqca ciddi bir qarşıdurmadan, olduqca ciddi bir münaqişədən söhbət gedir. Çünki bu adi bir məsələ deyil, yəni münaqişənin, böhranın dərinləşəcəyi təqdirdə daha ciddi problemlərlə, daha ciddi təhdidlərlə üz-üzə qala bilərik. Ona görə də dövlətlər özləri də çalışmalıdırlar, maraqlı olmalıdırlar və bu prosesin səngiməsi üçün də real addımlar atmalıdırlar. Real addımlar atılacağı təqdirdə biz hansısa bir nəticəni görə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB