"Sülh hələ də üfüqdə görünmür" - DEPUTAT MÜNASİBƏT BILDIRDI

"Sülh hələ də üfüqdə görünmür" - DEPUTAT MÜNASİBƏT BILDIRDI

"Bu günə qədər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmamasının yeganə səbəbkarı Ermənistandır, Ermənistanın bu yeni reallığı qəbul etməməsi, əslində müharibəyə hazırlaşmasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, əgər, həqiqətən də, Ermənistan regionda sülh istəsəydi, bu günə qədər Ermənistan və Azərbaycan arasında çoxdan sülh bərqərar olmuş olardı: "Bu, hər iki ölkənin maraqları baxımından mühüm əhəmiyyətli hadisəyə çevrilə bilərdi. Ancaq məsələ ondadır ki, Ermənistan kommunikasiyaların açılmamasında israr edir, konstitusiyasında Azərbaycan ərazilərinə olan iddianı götürmək istəmir. Nəhayət, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması haqqını tanımaq istəmir.

Şübhəsiz ki, kommunikasiyaların açılması deyən zaman hər şeydən əvvəl Zəngəzur dəhlizinin açılmasından söhbət gedir. Çünki Ermənistanın Zəngəzur dəhlizini açması ilə bağlı üzərinə götürdüyü öhdəlik var, bu günə qədər yerinə yetirilmir. Belə olan halda, şübhəsiz ki, sülh də əldə etmək mümkün olmur. Amma bu məsələnin hamısı deyil. Çünki Ermənistan ötən illərdən istifadə edərək öz ordusunu gücləndirməyə çalışır. Öz ordusunun həm şəxsi heyətini, həm texniki konfliktasiyasını, həm də silahlarını yeniləndirməyə çalışır. Bunun hamısı müharibəyə hazırlıqdır. Üstəlik də, son iki ildə Ermənistanın artıq müdafiə deyil, hücum xarakterli silahlar əldə edir, müxtəlif xarici ölkələrdən silah, hərbi təyinatlı qruplaşmalar cəlb etməklə açıq şəkildə Azərbaycan və bütövlükdə regiona müharibə mesajı vermiş olur. Belə olan halda sülh hələ də üfüqdə görünmür".

"Məsələ ondadır ki, Azərbaycanın çox müasir texniki və innovativ imkanları var ki, istər yerdə, istərsə də kosmosdan Ermənistanın hərəkətlərini izləsin, onun atacağı addımların nə olacağını müəyyənləşdirsin. Ona görə də, şübhəsiz ki, Azərbaycan da bunlara qarşı hazırlıqlıdır. Ermənistanın aqressiyası nəticə etibarilə real toqquşmalara gətirib çıxaracaqsa, sonda yenə Ermənistan daha biabırçı şəkildə uduzmağa məhkum ediləcək. Çünki Azərbaycan ordusu güclü və qüdrətlidir. Azərbaycanın iqtisadiyyatı, diplomatiyası güclüdür. Yəni milli gücün bu komponentlərinin hamısı Azərbaycanın lehinə olduğu halda Ermənistanın müharibəyə hazırlaşması Ermənistanın özünün faciəsinə gətirib çıxara bilər. Ona görə də daha çox bu barədə Ermənistan düşünsün, hansısa xarici ölkənin verdiyi sözlərə, vədlərə ümid olaraq regionda vəziyyəti yenidən gərginləşdirsin. Çünki o cür ölkələrin taleyini biz yaxşı bilirik, Şərqi Avropada da, Cənubi Qafqazda da. Kiminsə proksi gücünə çevrilmək istəyən ölkələrin aqibəti çox aydındır. Onların faciəsi ilə sona çatır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə