İranın ali dini lideri Ayətullah Xamenei Türkiyə və Azərbaycana “Zəngəzur dəhlizi” ilə bağlı mesaj verib. İran İslam Respublikasının ali dini lideri Ayətullah Xamenei prezident Məsud Pezeşkianın andiçmə mərasimi üçün Tehrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Görüş zamanı o, “Biz Ermənistanla münasibətlərin inkişafının tərəfdarıyıq və iki ölkə arasında əməkdaşlıq, başqalarının siyasətindən asılı olmayaraq, müəyyən edilmiş maraqlar əsasında güclü şəkildə davam edəcək”, - deyib.
Xameneyi Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq, “İran İslam Respublikası Zengəzur dəhlizininin qurulmasının Ermənistanın maraqlarına uyğun olmadığını hesab edir və bu mövqeyinin arxasında durmağa davam edəcək”, - deyib. Xamenei üçüncü ölkələrin qonşular arasında münasibətlərə məhdudiyyətlər qoymaması lazım olduğunu vurğulayaraq, sözlərinə belə davam edib: “Ölkələrin təhlükəsizliyini və rifahını təmin edən özlərinə və qonşularına güvənməsidir. Uzaqlardan gəlib başqa ölkələrin işlərinə qarışanlar özlərinə zərərlər verir”.
Xameneyi İran xalqı ilə ölkədəki ermənilər arasında yaxşı münasibətlərə işarə edib. Paşinyan isə İran və Ermənistan arasındakı münasibətlərin strateji xarakterlərini qiymətləndirib. Paşinyan iki ölkə arasında əlaqələrin genişlənməsindən və şaxələnməsindən məmnunluğunu ifadə edib və bu prosesin davam etməsini vacib hesab edib.
Görünən odur ki, Xameneyi Qərbin Ermənistandakı varlığından narahatdır. Məzh buna görə ki, o, "üçüncü tərəflər" deyərkən "uzaqdan gələn" sözünü də işlədib. Zəngəzur dəhlizinə gəldikdə isə görünən odur ki, İran elə özü də Ermənistanın işlərinə qarışaraq onun yerinə qərar verir. Bəlkə də o, Ermənistanın Azərbaycanla və Türkiyə ilə yaxınlaşmasını qısqanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB