Ermənistan və Amerika Birləşmiş Ştatlarının İrəvanda keçirdiyi birgə təlim Azərbaycanı narahat edir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı yeni müharibəyə hazırlaşmaqda ittiham edib.
SİA-nın əldə etdiyi məlumata görə, “TRT Rusiya” telekanalı politoloq İlqar Vəlizadə ilə bölgədə gərginliyin artması riski barədə danışıb.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinə Kəlbəcər istiqamətində ağır silahlardan, Tovuz istiqamətində isə kvadrokopter helikopterlərdən istifadə etməklə həyata keçirilən təxribatları xatırladaraq bildirib: “Belə hərəkətlər Ermənistan tərəfindən mütəmadi olaraq həyata keçirilib. ABŞ-ın Ermənistanda keçirdiyi təlim, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa Sülh Fondu adı altında Avropa İttifaqının Ermənistana ilkin olaraq 10 milyon avroluq yardım göstərməsi Ermənistanı bu cür təxribatlara sövq edir. Bu, Azərbaycana qarşı yeni müharibəyə hazırlıqdan xəbər verir.
Rəsmi İrəvan və onun havadarları Cənubi Qafqazda yeni müharibənin alovlanmasının qarşısını almasa, Azərbaycan Respublikası analoji tədbirlər görəcək.
Ermənistan ittihamları qəbul etmir və rəsmi Bakı ilə mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu iddia edir”.
“TRT Rusiya”nın bölgədə yeni gərginlik ehtimalının olub-olmadığını sualına politoloq İlqar Vəlizadə belə cavab verib: “Hamıya məlumdur ki, bir sıra Qərb siyasətçiləri son vaxtlar Ermənistanla təhlükəsizlik və xüsusilə də hərbi sahədə əməkdaşlığın intensivləşdirilməsindən danışır.
İrəvan özündən qat-qat güclü olan Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığını iddia edir və əsas arqument kimi son illər baş verən hadisələri söyləyir. Bir sıra ölkələr, o cümlədən Fransa və Hindistan Ermənistanı silahlandırır. Bu arada Avropa Sülh Fondu da ölkənin təhlükəsizliyini gücləndirmək üçün pul verir. Bütün bunlar Azərbaycanın Ermənistanı təhdid etməsi ilə bağlı ritorika ilə müşayiət olunur ki, bu iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Hələ ki, sərhəddə vəziyyət stabildir.
Məncə, rəsmi İrəvanın təxribatları bundan ibarətdir ki, onlar Qərb siyasətçilərinə davamlı yardım üçün arqument göstərməyə çalışırlar. Lakin bu siyasət təhlükəlidir, ciddi fəsadlara səbəb ola bilər. Məsələn, erməni tərəfi ilə danışıqların dayandırılması riski var”.
Təlimin məqsədində də təbii ki, hədəf Azərbaycanla yanaşı Rusiyadır. Bu, İrəvanı Rusiyanın təhlükəsizlik sistemindən ayırmaq cəhdidir. Bütün bunlar “təhlükəsizliyin şaxələndirilməsi” anlayışının yanlış tərifi ilə izah olunur. Məqsəd bəllidir.
Regionda vəziyyət narahatlıq doğurur, gərginliyin artması müşahidə olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB