Ermənistanın təxribatlara, münaqişəyə, hətta müharibəyə belə təhrik edilməsi, həvəsləndirilməsi göz önündədir, hansıki bütün bunlar dərhal özünü biruzə verir və işğalçı ölkə göstərilən dəstəyin fonunda yenə də təxribatlara əl atır. Kəlbəcər rayonunun İstisu qəsəbəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini Ermənistan silahlı qüvvələrinin iyulun 20-də atəşə tutması məhz amerikalıların alətinə çevrilən hayların belə təxribatların daha bir nümunəsidir. Görünən odur ki, ermənilər məhz Qərbin, eləcə də Avropanın təhriki ilə yenə də sülh danışıqlarından yayınmağa meyl göstərirlər və yenə də öz məkrli niyyətlərini həmişə olduğu kimi, məhz ABŞ və Fransa kimi ölkələrin təhriki ilə ortaya qoyurlar.
Təlimlərin məqsədi dağlıq ərazilərdə hücum və təxribat hərəkətlərinə hazırlaşmaqdan ibarətdir
Diqqətə çatdıraq ki, sonuncu təxribat məhz Ermənistan və ABŞ arasında Ermənistan Respublikası ərazisində keçirilən birgə hərbi təlimlər keçirilən zaman baş verib. Sözsüz ki, bu heç də təsadüfi sayıla bilməz. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsini yüksəltmək, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək, erməni bölmələrinin döyüş hazırlığını artırmaqdır. Bununla belə, görünən odur ki, təlimlərin məqsədi açıq şəkildə dağlıq ərazilərdə hücum və təxribat hərəkətlərinə hazırlaşmaq məqsədi daşıyır. Yəni Ermənistan ordusunun məhz Azərbaycanla həmsərhəd rayonlarda analoji əməliyyatlar keçirməyə hazırlaşdırıldığı bəlli olur. Bəlli olur ki, amerikalılar da, avropalılar da Ermənistanda məhz birgə fəaliyyət həyata keçirirlər ki, bu da şərti sərhəddə ölkəmizə qarşı olduğu zərrə qədər də şübhə doğurmur.
ABŞ ilə Ermənistanın sıx strateji əlaqələri amerikalıların bu ölkədə genişmiqyaslı kəşfiyyatı üçün nəzərdə tutulub
Azərbaycan mövqelərinin atəşə tutulmasının məhz ABŞ, Fransa və Avropa İttifaqını təmsil edən hərbi müşavirlərin iştirakı ilə həyata keçirildiyi artıq çoxdan məlumdur. Məlum olan odur ki, ilk növbədə Ermənistana davamlı olaraq verilən öldürücü silahların döyüş şəraitində sınaqdan keçirilməsini, eləcə də Azərbaycan ordusunun atəşə necə reaksiya verəcəyini Amerika izləmək qərarına gəlib. Bəli, Amerika ilə Ermənistanın sıx strateji əlaqələri, amerikalıların bu ölkədə genişmiqyaslı kəşfiyyatı üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, rəsmi Vaşinqtonun bu siyasəti Ermənistan və Azərbaycanı sülh gündəmindən sürətli şəkildə uzaqlaşdırmaqdan başqa bir şeyə xidmət etmir. İşğalçı ölkənin silahlandırılması, təxribatlara, münaqişələrə təhrik edilməsi sülhə maneçilikdən başqa bir şey deyil. Bu həm də o deməkdir ki, ABŞ iki ölkə arasında gözlənilən sülh prosesində vasitəçi kimi çıxış etmək hüququnu artıq itirir.
Sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin edilməsinin maraq dairəsində olmadığı göz önündədir
Maraqlıdır ki, görəsən Qərb hansı məqsədi güdür? Amerika Birləşmiş Ştatları indi belə bir şəraitdə, daha dəqiq desək, sülh danışıqları gündəmdə olduğu bir məqamda nəyə nail olmaq niyyətindədir? Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi niyə amerikalıları narahat edir? Nəyə görə Cənubi Qafqazda sabitliyin, sülhün təmin edilməsi, özü də məhz Azərbaycan tərəfindən təmin edilməsi Qərb üçün bu qədər arzuolunmaz hesab olunur? Axı ABŞ özünü hər zaman sülhün, əmin-amanlığın, təhlükəsizliyin qoruyucusu, demokratiyanın carçısı, azadlığın təmin olunmasında maraqlı tərəf kimi göstərir. İndi axı bütün bunlar reallaşmaqdadır və ortada sülh gündəliyi var və iki qonşu dövlət arasında sülh müqaviləsinin bağlanılmasından söhbət gedir. Belə bir məqamda rəsmi Vaşinqton pozuculuq niyyəti ilə nə əl-ayağa düşüb? Görünən odur ki, ABŞ reallıqlarla barışmaq fikrində deyil və Cənubi Qafqazı məhz öz istədiyi kimi görmək niyyətindədir. Bunun üçün də əlindən gələni edir və bu məqsədlə də Ermənistanı istədiyi şəkildə nəyə maraqlıdırsa, ona da təhrik edir. Marağın da ilk növbədə sülh, əmin-amanlıq, təhlükəsizliyin təmin edilməsi olmadığı göz önündədir.
Yenə də iyanələr, dilənçi payı, dəstək müqabilində Ermənistan forpost kimi istifadə olunur
Cənubi Qafqazın üç ölkəsi təhlükəsizliklə, sülh şəraiti ilə bağlı məhz Amerikanın maneəsi ilə qarşılaşıb. Azərbaycan, Gürcüstan və Ermənistan olmaqla, regionun üç ölkəsinin sülh şəraitində yaşaması, dinc yanaşı yaşamasına ABŞ kimi bir hegemon dövlət ancaq mane olmaq niyyətindədir. Dəfələrlə şahidi olmuşuq ki, Vaşinqtonun müdaxiləsi regionda ancaq toqquşmalara səbəb olub və Gürcüstanın da, Ermənistanın da timsalında region ölkələrinə yaxşı heç nə gətirməyib. Azərbaycan isə Amerikanın belə müdaxilələrindən qoruna bilib. Bu vaxta qədər müxtəlif təsirlərə məruz qalsa da, sevindirici haldır ki, Gürcüstan artıq Azərbaycanın bu kimi təcrübəsindən istifadə etməkdə, yararlanmaqda, bununla da öz dövlətçiliyini xarici təsirlərdən, məhz amerikalıların, fransızların təsirlərindən qorumaqdadır. Təəssüf ki, bunu Ermənistan haqqında qətiyyən söyləmək olmaz. Çünki ermənilər hələ də Amerikanın guya xilaskar olduğu qənaətindədirlər və haylar elə zənn edirlər ki, demokratiya nağılı oxuyan amerikalılar onları ağ günə çıxaracaqlar. Amma hələ də başa düşə bilmirlər ki, başlarına müsibətlərin gəlməsi elə belə zənn etmələrinə görədir. Başa düşə bilmirlər ki, amerikalılar onları düşünmürlər, öz mənafeləri, öz maraqları naminə canfəşanlıq edirlər. Haylar hələ də fərqində deyillər ki, ABŞ da, Fransa da Cənubi Qafqazda özünə yer eləmək niyyəti ilə regiona soxulub və Ermənistanla yaxınlıq etməsinin də səbəbi məhz budur. Bəli, hələ də özünün çoxəsrlik illüziyaların əsarətində olan erməni xalqını və onun seçilmiş liderlərini məhz bu illüziyalarından istifadə edərək, ABŞ və Fransa kimi dövlətlər öz mənafeləri naminə istifadə edirlər. Maliyyələşmə hesabına, iyanələr, yardımlar hesabına Ermənistan liderləri bir növ satın alınır və belə bir acınacaqlı mənzərə Ermənistan üçün hər zaman olduğu kimi yenə də xarakterikdir. Yenə də iyanələr, dilənçi payı, dəstək müqabilində Ermənistan forpost kimi istifadə olunur.
Haylar alət olmağı özlərinə rəva bilirlər
Tarix boyu ermənilərdən istifadə edildiyinin şahidi olmuşuq və bu köhnə ənənənin yenə də davam etdiyinin şahidiyik. Bir zamanlar Osmanlıya qarşı qızışdırılan, alət olaraq, bir marionet kimi istifadə edilən haylar indi həm də yenə Türkiyə Cümhuriyyətinə qarşı qızışdırılır. NATO-nun üzvü olmasına baxmayaraq, Türkiyənin artan geosiyasi qüdrətinin çoxlarını narahat etməsi, qıcıqlandırması fonunda ermənilərin həmin ölkəyə qarşı qızışdırılması göz önündədir. Güclü, müstəqil və ən əsası geosiyasi cəhətdən qüdrətli dövlət olan Türkiyə ABŞ-ın ekspansionist siyasətinə və onun dünyada hegemonluq rolunu saxlamaq istəyinə təhlükə kimi göründüyü üçün Vaşinqton bərk narahatdır və buna görə də ermənilər alət olaraq ortaya atılıblar. Məhz indi haylardan Azərbaycan və Türkiyəyə qarşı istifadə edilməsi amerikalıların ən əsas niyyətidir. ABŞ-ın siyasətinin əsasını Türkiyə və Azərbaycanın strateji, qardaşlıq müttəfiqliyini zəiflətmək təşkil edir və buna görə də Ermənistandan keçən yol amerikalılar üçün ən asan yol hesab olunur. ABŞ Ermənistandan istifadə edərək Türkiyəyə qarşı bir növ terrorçu qurum yetişdirmək arzusundadır. Onu da etiraf etmək lazımdır ki, Amerika artıq Cənubi Qafqazda dominantlıq oyununun yenidən aktiv fazasında iştirak etmək astanasındadır. Amerikalılar nə zamansa Yaxın Şərqə səpdikləri xaosu, hərcmərcliyi, qarışıqlığı indi bizim regiona köçürmək fikrindədirlər. Əfsus ki, haylar bunu ya başa düşmədən, ya da başa düşərək, dərk edərək alət olmağı özlərinə rəva bilirlər. Amerikalılar haylarla birgə təxribat niyyətlərini gerçəkləşdirmək istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə