Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur - MƏQALƏ

Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur - MƏQALƏ

Cari ilin 20 iyul tarixi Prezident İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı.

Ölkə başçısı bildirdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.

Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır.

Ölkə rəhbəri vurğuladı ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.

Ölkə başçısı söylədi ki, Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

Dövlət başçısı vurğuladı ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələrhələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin buiyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflərolsun ki, Fransa hökuməti yenə də mediadan istifadəedərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinəqarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropaİttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi iləəlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuqmüharibəyə başlayıblar. Azərbaycan kolonializmdənəziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsnaəhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkənxalqların səsini heç kəs eşitmir.

Dövlət başçısı bildirdi ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və müharibədən dərhalsonra, Qərb ölkələrində yaşayan ermənilərin Ermənistanaköçürülməsi və onların yerləşdirilməsi kimi tamdüşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindəndeportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdəsovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi vəyüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçünyararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlimşəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığınadeportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib vəvəfat edib. Proseslər 1980-ci illərin sonlarında baş verənetnik təmizləmədən başladı. Həqiqətlər Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının mediaməkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlılarınErmənistan ərazisindən vəhşicəsinə deportasiyasıhaqqında tamamilə susarkən, Ermənistanın yalanhekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Hər şey dəburadan başladı. Bu, sonradan böyük yanğına çevrilənqığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütünəzablarını yaşadı. Ermənistan hökuməti tərəfindən açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistanərazisindən, Qərbi Azərbaycandan qovulmuşazərbaycanlılar, yaxud oradan didərgin salınanlarınövladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda vəhəmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necəyaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbərməlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralarFüzuli, Ağdam və digər yerlər, habelə bütün digərAzərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Qərbi Azərbaycandan qovulmuşazərbaycanlıların və onların nəsillərinin sayı bu günAzərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanınregion kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görəölkəmizin ən böyük regionudur.

Tədbirdə dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə