Xarici işlər nazirinin müavini “Danışır təcrübə” layihəsinin qonağı olub
Elm və Təhsil Nazirliyi, eləcə də ona tabe qurumların əməkdaşlarının davamlı inkişafı və müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin budəfəki qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub. Nazirlikdən SİA-ya bildirilib ki, Yalçın Rəfiyev “Azərbaycanın COP29-a sədrliyi: prioritetlər və gözləntilər” mövzusunda çıxış edib. Nazir müavini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-un məqsədləri, miqyası və hədəfləri ilə bağlı ətraflı məlumat verib.
Yalçın Rəfiyev, həmçinin iqlim dəyişmələri və onun nəticəsində yaranan qlobal problemlərin həllinə töhfə verməyin Azərbaycanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində bu cür görüşlərin müntəzəm şəkildə təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə