"Xarici siyasət kursu dövlət və millətimizin maraqlarına cavab verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Cənab Prezidentimiz İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etməsi, Astanada keçirdiyi üçtərəfli görüşlər Azərbaycanın çoxyönlü xarici siyasətini göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, bunun bir nümunəsi Çinlə imzalanan strateji tərəfdaşlıq haqqında sazişdir: "Astanada üçtərəfli görüşlər, Çinlə imzalanan sənədlər və ondan sonra Pakistan İslam Respublikasına dövlət səfəri Azərbaycanın xarici siyasətində heç bir dövlətin, dövlətlər qurupunun yanında olmadığını göstərir. Azərbaycan bir-birləri ilə didişən dövlətlərlə də yaxşı münasibətlər saxlayır. Amma bizim üçün ən vacib olan qonşularımız, dostlarımız, strateji müttəfiqlərimiz, strateji tərəfdaşlarımız və ortaqlarımızdır. Belə siyasət Azərbaycan üçün geniş imkanlar açır, milli-dövlət maraqlarını daha etibarlı şəkildə qorumağı təmin edir.
Heç kəsə sirr deyil ki, soyuq müharibə dövründə dünyada bəlli yeri olan müəyyən iqtisadi güc mərkəzləri getdikcə zəifləyirlər. Onları Çin və Cənub-şərqi Asiya ölkələri sıxışdırmağa başlayır. Ona görə də cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu dövlət və millətimizin maraqlarına cavab verir. Buraya qədərki bütün uğurlarımızın təməlini cənab Prezidentimizin siyasətində axtarmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB