İngiltərədə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı keçirilir

Bu gün İngiltərənin Oksfordşir bölgəsində yerləşən Blenheim sarayında “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı keçirilir. SİA xəbər verir ki, Avropadan 50-yə yaxın liderin tədbirdə iştirakı gözlənilir. Böyük Britaniyanın Baş naziri Kir Starmer Sammitdən əvvəl özünün “X” sosial şəbəkə hesabında paylaşımında Avropanın təhlükəsizliyinin Britaniya hökumətinin xarici və müdafiə prioritetləri arasında ön planda olduğunu qeyd edib. O, Avropa ilə əlaqələri bərpa etməyə ümidvar olduğunu vurğulayıb.

Sammitdə liderlər Ukraynadakı müharibə və miqrasiya problemləri kimi ümumi problemləri müzakirə edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenskinin, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və digər liderlərin Sammitdə iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə